Meksikada partlayış: - 16 ölü

  • Müəllif: admin
  • 06 İyul 2018 00:44

 

Meksikanın Tultepek əyalətində pirotexnik vasitələrin partlaması nəticəsində 16 nəfər həlak olub.

Gununsesi.info “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Mexiko ştatı hökumətinin baş katibi Alexandro Osuna Rivero bildirib.

Tultepek əyalətində pirotexnik vasitələr istehsalı ilə məşğul olan çox sayda müəssisə fəaliyyət göstərir.

Sözügedən əyalətdə son oxşar partlayış iyunun sonunda baş vermişdi və iki nəfərin ölümünə səbəb olmuşdu.