Meksikada ötən bazar günü seçkilər keçirildi.
Gununsesi.info xəbər verir ki, meksikalılar yeni prezident, qubernator, senator və millət vəkillərini seçiblər. Yeni prezident sol qüvvələrin namizədi Andres Manuel Lopes Obrador seçilib. O, altı il Meksikaya rəhbərlik edib.
Seçkilər Meksikada bir turla keçirilir. Səs çoxluğu toplayan qalib seçilir. 64 yaşlı Lopes Mexiko şəhərinin keçmiş meridir. O, üç dəfə prezident postuna iddialı olub və bu dəfə qalib gəlib.
Lopesin hakimiyyətə gəlişi Meksikanın siyasi kursunu 180 dərəcə dəyişəcək. İlk növbədə Meksikada təhlükəsizlik böyük problemə çevrilib və yerli sakinləri çox narahat edir. Bundan başqa energetika sahəsində reformlar, korrupsiya kimi məsələlər də vacibdir.













