Meksikada tələbələri öldürüb turşuda əritdilər

  • Müəllif: admin
  • 25 Aprel 2018 09:54

Meksikanın Xalisko ştatında ötən ay oğurlanmış üç kinomotoqrafiya tələbəsi qətlə yetirilib və meyitləri turşuda əridilib.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli hökumət rəsmiləri məlumat yayıb.

Tələbələrin turşuda həll edilmiş meyitlərinin qalıqları Xalisko ştatının fermalarından birində aşkarlanıb.

20-25 yaşlarında olan tələbələr yerli narkokartelin üzvləri tərəfindən öldürülüb. İlkin ehtimala görə, onlar tələbələri rəqib mütəşəkkil dəstənin üzvləri ilə səhv salıb.

İstintaq məlumatlarına görə, üç tələbə Tonala qəsəbəsində saxta polis uniformalarında olan kartel üzvləri tərəfindən oğurlanıb.

Hazırda cinayətkarların axtarışı həyata keçirilir.

Gununsesi.info