Meksikada vertolyot qəzası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

  • By admin
  • 17 Fevral 2018 19:07


Meksikada daxili işlər naziri və Oahaka ştatı qubernatorunun da göyərtəsində olduğu vertolyotun qəzaya uğraması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun məlumatında deyilir.

“Hadisə yerində 12 meyit aşkar olunub…Daha bir nəfər xəstəxanada keçinib”, – deyə prokurorluğun məlumatında qeyd olunur.

Hadisə gecə saatlarında ölkədə baş vermiş zəlzələdən zərər çəkmiş əraziyə təftiş uçuşu zamanı baş verib. Bununla belə məmurlardan heç biri zərər çəkməyib.

İlkin məlumata görə, vertolyot eniş öncəsi 30 metr yüksəklikdə nəzarəti itirib və avtomobilin üzərinə düşüb.

Gununsesi.info