Meksikanın ABŞ-la sərhədində 4 tondan çox narkotik müsadirə edilib

  • By admin
  • 14 İyun 2020 13:11

Meksika rəsmiləri ABŞ-la sərhəddə, Tixuana bölgəsində gömrük ərazisində külli miqdarda narkotik vasitə müsadirə ediblər.

Gununsesi.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin vergi xidməti tərəfindən verilən açıqlamada qeyd olunub.

“Vergi işçiləri 3607 kq ağırlığında 301 yeşikdən ibarət marixuana və 565 kq ağırlığında 21 yeşikdə metamfetamin ələ keçiriblər”, – sənəddə belə deyilir. Təxmini hesablamalara görə, narkotiklərin qiyməti 3,5 milyon dollardır. Qanunsuz yük roentgen aparatı vasitəsilə aşkar edilib.

 

Qaçaqmalçıların tutulması barədə hələlik bir məlumat verilməyib.

 

 

Gununsesi.org