Meral Akşener partiya funksionerlərini topladı - ONUN QƏRARI İYİ PARTİYANI PARÇALAYA BİLƏR

  • By admin
  • 03 Mart 2023 21:06

Türkiyənin əsas siyasi qüvvələrinin cəmləşdiyi “Altılı Masa”da təmsil olunan İYİ Partiya lideri Meral Akşener müxalifətin birliyini pozacaq qərara imza atıb.

Belə ki, onun qurumda təmsil olunan CHP lideri Kamal Kılıcdaroğlunu deyil, Mansur Yavaş və yaxud da Əkrəm İmamoğlunun namizədliyini dəstəkləyəcəyi barədə qərarı ölkə gündəmini silkələyib.

Bir sıra ekspertlər hesab edir ki, Akşenerin bu qərarı İYİ Partiyada qopmalara səbəb ola bilər.
Bu səbəbdən də Akşener Ankarada partiyasının rayon-şəhər təşkilatlarının rəhbərlərini toplayıb.

Onun bu görüşü keçirməsinin səbəbi isə qərarının doğruluğuna partiyadakıları inandırmaqdır.

Pərviz Həşimli
Ankara