Merkel baş nazirə başsağlığı verdi

  • By admin
  • 11 Oktyabr 2016 11:20

bineli

Almaniyanın Baş naziri Angela Merkel, Hakkarinin Şəmdinli mahalında PKK-çıların törətdiyi terror hücumuyla bağlı Baş nazir Binali Yıldırıma başsağlığı məktubu göndərib.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki,  A. Merkel məktubunda, terror hücumunu ən sərt şəkildə qınadığını ifadə edib:  ”Hörmətli Baş nazir, Türkiyənin Güneydoğusunda meydana gələn terror hücumunu dəhşət içində xəbər aldım. Terroristlər yenidən Türk təhlükəsizlik güclərinə qarşı hiyləgər bir şiddət hərəkəti reallaşdıraraq, vətəndaşların də ölməsinə və yaralanmalarına səbəb olublar.Dünənki hücumu şiddətlə qınayıram”-, deyə o, məktubda yazıb.

Məktubunda düşüncələrinin həyatını itirənlər və ailələriylə birlikdə olduğunu vurğulayan Merkel: ”Sizdən ailə yaxınlarına başsağlığı və yaralılara təcili şəfa diləklərimizi çatdırmanızı xahiş edirəm ”-, yazıb.

A.Merkel məktubun sonunda Angela Merkel, terror nəticəsində yaralananlara da tezliklə sağalmaları üçün  şəfalar diləyib.

Gülnaz Qənbərli

Gununsesi.info