Merkelin istirahət etdiyi adada zəlzələ baş verdi: ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 22 Avqust 2017 09:05

zelzele

İtaliyanın İskya adasında zəlzələ baş verib.

Baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Rai News 24” telekanalı xəbər verib.

Xilasedicilər dağıntılar altında qalanların ola biləcəyini və ölənlərin sayının artacağını istisna etmirlər.

Yay mövsümündə İskya adası çox sayda turist qəbul edir. Hazırda adada yerli əhali daxil olmaqla təxminən 250 min nəfərin olduğu bildirilir. Almaniya kansleri Angela Merkel dəfələrlə məzuniyyətini İskya adasında keçirib.

Son məlumatlara əsasən, İtaliyanın İskya adasında baş verən zəlzələnin maqnitudası 4,0 olub. Yeraltı təkanların episentri adanın qərb sahilində, ocağı isə 10 km dərinlikdə yerləşib.

Gununsesi.info