Merkellə Makron görüşəcək

  • By admin
  • 12 May 2017 17:36

merkel markon

Almaniya kansleri Angela Merkel mayın 15-də Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron ilə Berlində görüşəcək.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.

“Federal kansler bazar ertəsi axşam Fransanın yeni prezidentini qəbul edəcək”, – deyə o, brifinqdə bildirib. Amma Ş.Zaybert Fransa liderinin səfər planı barədə məlumat verməyib.

Gununsesi.info