Almaniya kansleri Fridrix Merts Ukrayna məsələsi ilə bağlı Rusiya ilə dialoqun tezliklə başlayacağına ümid etdiyini bildirib.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
Almaniya hökumətinin başçısı Berlində NATO-nun baş katibi Mark Rutte və Almaniyanın müdafiə naziri Boris Pistorius ilə birgə mətbuat konfransı zamanı bildirib ki, “Ümid edirik ki, Rusiya tezliklə danışıqlarda iştirak etmək istəyəcək”.
Merz iddia edib ki, Moskva guya dialoqdan imtina edir.
O əlavə edib ki, Avropa İttifaqı, NATO və Ukrayna danışıqlar masasına oturmaq istəklərini dəfələrlə bildiriblər.
Maqsud












