Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilib

Bayram tətili günlərində ölkə ərazisinin meşə fondu torpaqlarında 101 260 ədəd ağac əkilib, 125 kiloqram toxum səpilib. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.

 

O qeyd edib ki, bayram günlərində Masallı, Lerik, Şabran, Siyəzən, Xızı, Qusar, Ağsu, Şəki, Qax, Zaqatala, Sabirabad, Ağcabədi, Şəmkir, Tovuz, Göygöl, Yevlax, Samux, Qəbələ və Oğuz rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib.

 

 

Gununsesi.info