Meşə yanğınları Ermənistanı CƏNGİNƏ ALIB - FOTO

  • By admin
  • 16 Avqust 2017 17:42

Major fire in ‘Khosrov’ Forest State Reserve, Ararat Province

Hazırda Ermənistanda 18 ərazidə meşə yanğınları tüğyan edir.

Gununsesi.info “novosti-armeniya”ya istinadən xəbər verir ki, Ermənistanda ən böyük meşə yanğınları şimal bölgəsində “Xosrov qoruğu”ndakı yanğındır.

Bu barədə məlumat verən “Stabil insan inkişafı naminə” assosasiyanın sədri Karine Danielyan bildirib ki, 30 min hektar ərazidə olan qoruğun 10 faizdən çox hissəsi yanıb.

Onun sözlərinə görə, “Xosrov qoruğu” təkcə yerli deyil, eyni zamanda regiona və beynəlxalq əhəmiyyətə malik bir ərazidir: “Orada 1800 bitki növü bitir və müxtəlif növ heyvanat aləmi mövcuddur”.

Onu da qeyd edək ki, Ermənistan bu sahədə yanğını söndürmək üçün Rusiyaya rəsmi müraciət edib və Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən təyyarəsi hadisə yerindədir.

O deyib ki, “Xosrov qoruğu”ndan başqa daha 17 ərazidə yanğınlar davam etməkdədir.

default

Gununsesi.info