Meşə yanğınları İtaliyanı da cənginə aldı

  • By admin
  • 20 İyul 2022 21:37

İtaliyanın şimaldan cənuba müxtəlif bölgələrində baş verən meşə yanğınları gündəlik həyata mənfi təsir edib.

Gununsesi.info-nun xəbərinə görə, ölkənin mərkəzi hissəsindəki Oriveto şəhəri ətrafında başlayan meşə yanğını şimal-cənub oxunda dəmir yolu nəqliyyatında axsamalara səbəb olub.

Meşə yanğınları səbəbindən paytaxt Roma ilə Florensiyanı birləşdirən sürətli qatar xətti və adi dəmir yolu xətti kəsilib.

Nəticədə qatarların hərəkətində uzun gecikmələr yaranıb.

Qərbi Toskana bölgəsindəki Massarosa təpələrində baş verən yanğın yaşayış məntəqələrini təhdid etdiyi üçün 100 nəfər təxliyə edilib.

Massarosada isə indiyədək 360 hektar ərazi yanğından zərər çəkib.

Gununsesi.info