Meşəbəyi qayadan yıxılıb öldü

  • By admin
  • 05 Aprel 2018 12:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

Yerli sakinlərin Gununsesi.info apa-ya istinadən bildirir ki, hadisə Oğuz rayonunun Muxas kəndində yerləşən yüksək dağlıq ərazidə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi işləyən Məhərrəmov Tahir Seyfəddin oğlu qayadan yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Gununsesi.info