Messi Aqüeroya verdiyi sualla gündəm oldu -VİDEO

Argentina millisinin sabiq hücumçusu Serxio Aqüero “Twitch” social şəbəkəsi üzərindən canlı yayım açıb.

Gununsesi.info xəbər verir ki, onun canlı yayımına cənubi amerikalıların hazırki ulduzu və kapitanı Lionel Messi də qoşulub.

Messinin Aqüeroya dediyi sözlər isə gündəm olub. Leo insanların tez-tez mesaj yazmasına təəccübləndiyini bildirib: “İnsanlar mesajı necə belə tez yazır. Mən bir mesaj yazana kimi 3 saat keçir”.

Gununsesi.info