Messi “Barselona” ilə müqaviləsini uzadacaq

  • By admin
  • 17 İyun 2020 16:13

İspaniya “Barselona”sı yaxın vaxtlarda komandanın kapitanı Lionel Messi ilə müqavilənin bütün detallarını razılaşdıracaq. 

Gununsesi.org “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçunun yeni sözləşməsi 2023-cü ilə qədər hesablanacaq, amma 1+1 sxeminə əsasən bağlanacaq. Yəni, müqavilənin bitməsinə bir il qalmış Messi gələcəyini müəyyənləşdirəcək.

Qeyd edək ki, Lionel Messinin hazırkı sözləşməsi 2021-ci ilin yayında başa çatacaq. Ulduz futbolçu 2000-ci ildə Kataloniya təmsilçisinin akademiyasına qoşulub və 2003-cü ildən əsas komandada çıxış edir.

 

 

Gununsesi.org