Messi “Barselona”da 550-ci oyuna çıxdı

  • By admin
  • 11 Dekabr 2016 19:04

messi

 

Dünən La Liqada “Osasuna”ya qarşı matç (3:0) Lionel Messinin “Barselona”da növbəti yubiley oyunu olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu Kataloniya klubunun heyətində 550-ci rəsmi matçına çıxıb. Bu görüşdə o, iki qol da vurub.

Qeyd edək ki, hazırda Messi “Barselona” tarixində Xavi (767 oyun), Andres İnyesta (605) və Karles Puyoldan (593) sonra ən çox oyun keçirən dördüncü futbolçudur.

Gununsesi.info