Messinin qardaşı həbs edilib

  • By admin
  • 04 Dekabr 2017 08:55

Barselona” futbol klubunun hücumçusu Lionel Messinin qardaşı Argentina məhkəməsinin qərarı ilə həbs edilib.

Gununsesi.info xəbər verir ki, Matias Messi qanunsuz silah saxlamaqda ittiham olunur.

Qeyd edək ki, M.Messi hazırda xəstəxanadadır. M.Messi katerlə gəzinti zamanı sahilə yan alarkən qəzaya uğrayıb və nəticədə müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn polis əməkdaşları katerin göyərtəsindən qanunsuz tapança aşkarlayıblar.
Matias 3,5 il müddətinə həbs cəzasına məhkum edilə bilər.

Gununsesi.info