Messinin qardaşı yenə saxlanıldı

  • By admin
  • 05 Mart 2018 21:14


Lionel Messinin qardaşı Matias Argentinanın Villa Qezell şəhərində polis tərəfindən saxlanılıb.

Gununsesi.info xəbər verir ki, Leonun böyük qardaşı qanunsuz odlu silah daşıma və başqa şəxsi təhdid etməkdə ittham olunur.

Şahidlərin sözlərinə görə Matiasın idarə etdiyi “Land Rover” markalı avtomobil digər maşınla toqquşandan sonra sürücü ilə mübahisə edib. O, bu zaman odlu silahla qarşı tərəfə hədə-qorxu gəlməyə başlayıb. Matiasın avtomobilində axtarış aparan polis silah tapmasa da, iki marixuana siqareti aşkarlanıb.

Qeyd edək ki, dekabrın 1-də onun yaxtasında qan izləri və tapanca tapılmışdı. Həmin vaxt polis bölməsinə aparılan Matias Messi daha sonra evinə buraxılmışdı.

 

Gununsesi.info