Metroda deyil, taksidə öpüşün - TAKSİ ŞİRKƏTİ BU CÜR REKLAMLA MÜŞTƏRİ CƏLB EDİR

  • By admin
  • 30 Mart 2017 21:07

takside opusun

Jurnalist Xaqani Səfəroğlunun metroda gənclərin öpüşməsi ilə bağlı qalmaqallı statusundan sonra taksi şirkətlərindən biri müzakirələrə səbəb olacaq kampaniyaya başlayıb.

Gununsesi.info-nun “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, tanınmış taksi şirkəti gündəmdən yararlanaraq sosial şəbəkədə sərnişinlərə belə müraciət edib:

“Sevginizi bildirmək üçün sizə məkan vacib deyil, bir sözlə də edə bilərsiniz. Lakin rahatlığınız üçün taksidən istifadə edin. Ən azından sizə təpik vurub qovan olmayacaq”.

Sözügedən status isə birmənalı qarşılanmayıb.

takside opusun2

Gununsesi.info