Metroda koronavirus xəstəsi saxlanıldı - FOTO

  • By admin
  • 14 Noyabr 2021 19:50

Metronun “Əhmədli” stansiyasında aktiv koronavirus xəstəsi, 1999-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir”, – DİN rəsmisi bildirib.