Metroda ölüm hadisəsi baş verib

  • Müəllif: admin
  • 29 İyun 2018 09:52

Metroda ölüm hadisəsi baş verib

Bu gün metronun “20 Yanvar” stansiyasında ölüm hadisəsi baş verib. Bu barədə Gununsesi.info-ya Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O qeyd edib ki, hadisə səhər saat 07:30 radələrində baş verib: “Stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib. Əməkdaşlarımız tərəfindən xəstəyə ilkin yardım göstərilib və hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəstənin ürək-damar sistemində problemləri olub. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib”.