Metroda uçqun olub - YARALILAR VAR

  • Müəllif: admin
  • 31 Yanvar 2018 08:50

Moskva metropoliteninin “1905-ci il küçəsi” stansiyasının yeraltı keçidində inşaat taxtabəndlərin uçması nəticəsində 5 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, xəsarət alanlardan 4 nəfərin vəziyyəti qənaətbəxş, 1 nəfərin isə – orta ağırdır.

İnsidentin baş vermə səbəbləri araşdırılır.

Gununsesi.info