Metronun “20 Yanvar” stansiyasında işıq söndü - Kart yükləmə aparatları işləmədi

  • By admin
  • 08 Noyabr 2016 10:18

metro

Bakı Metropoliteninin “20 yanvar” stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb.
Gununsesi.info-nun məlumatına görə, hadisə bu gün səhər saat 9 radələrində baş verib.

Stansiyaya verilən elektrik enerjisində problem yarandığından stansiyaya verilən elektrik enerjisi kəsilib. Nəticədə stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə faktı təsdiqləyib. O bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.

Gununsesi.info