Metropoliten 2 milyon nəfər sərnişin itirib

  • By admin
  • 02 İyun 2016 13:31

 

Metro

 

“Tənəzzül daha dərin qatlara sirayət etməklə ölkənin nəqliyyat sistemini çökdürür. Buradakı dağıdıcı proseslərin qarşısını almaqda bütün mənalarda acizlik hökm sürür”.

Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri iqtisadçı-ekspert Nemət Əliyev bildirib.

 

iqtisadçı-ekspert Nemət Əliyevİqtisadçının qeyd etdiyinə görə, milyonlarla sərnişin müştərisini itirmiş Dəmiryolları bu ilin yanvar-aprel aylarında müştərilərin daha 21,3%-ni itirib: “Qeyd edilən dövrdə Bakı Metropoliteni 2 milyon nəfər sərnişin müştəridən məhrum olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk dörd ayında yükdaşımaların həcmi dəmiryollarında 26%, dəniz yollarında 36% düşüb. Magistral neft və qaz kəmərləri ilə ötürülən neft və qazın həcmi müvafiq olaraq 600 min ton və 800 milyon kub metr azalıb. Ölkə üzrə ümumi yükdaşımaların 4 aylıq həcmi 2,6 milyon ton kiçilib”.

“Nəzərə almaq lazımdır ki, kapital qoyuluşu adı ilə nəqliyyat sisteminə son illər milyardlarla maliyyə vəsaiti yönəldilib. Milyardlarla vəsait xərcləndikdən sonra bu sahədə bu dərəcədə bərbad vəziyyətin yaranması çox düşündürücüdür”, -deyə N.Əliyev vurğulayıb.

 

Leyla SƏLİMLİ

Gununsesi.info