Metropoliten nə qədər zərərə uğrayıb?

  • By admin
  • 08 May 2020 18:13

Pandemiya dövründə təxminən 29 milyona yaxın sərnişin itirmişik.

Gununsesi.org xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov Nazirlər Kabineti yanında Opertiv Qərargahın brifinqində çıxışı zamanı deyib. O bildirib ki, məbləğ statistik olaraq hesablanmayıb.

Z.Hüseynov həmçinin bildirib ki, “Bakı Metropoliteni” QSC-də bir sərnişinin daşınma xərci 48-56 qəpik arasında dəyişə bilər. Onun sözlərinə görə, bu rəqəm hazırda 52 qəpiyə yaxındır.

Gununsesi.org