Gununsesi.info dünya mətbuatına istinadən verdiyi məlumata görə, Hindistanın Orissa ştatında bir meymun evə girərək, körpə uşağı qaçırdıb. Körpənin anası uşağı meymunun əlindən almağa çalışsa da buna nail ola bilməyib. Körpə bir gün sonra quyunun içində tapılsa da artıq ölmüşdü. Onun boğularaq öldürüldüyü bildirilir.

Qeyd edək ki, bölgədə meymunlar tez-tez evlərə girib yemək oğurlayır. Ancaq bir meymunun uşaq qaçırması ilk dəfədir baş verir. Polis körpəni boğan meymunu tapmaq üçün bu işdə mütəxəssis olan bir qəbilədən kömək istəyib.

Gununsesi.info