Məzahir Pənahov iclas keçirir

  • Müəllif: Orxan
  • 26 May 2026 15:23

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir.

Gununsesi.info xəbər verir ki, iclas MSK-nın sədri Məzahir Pənahov sədrliyi ilə keçirilir.

Gündəliyə əsasən, ilk olaraq Mərkəzi Seçki Komissiyasının 15 oktyabr 2025-ci il və 27 aprel 2026-cı il tarixli iclas protokollarının təsdiq edilməsi məsələsinə baxılacaq.

İclasda həmçinin Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibi məsələsi müzakirə olunacaq.

Gündəliyə “cari məsələ” bəndi də daxil edilib.

Gununsesi.info