MHP prezident seçkilərində Ərdoğanı dəstəkləyəcək - DÖVLƏT BAXÇALI

  • Müəllif: admin
  • 08 Yanvar 2018 13:24

Milliyətçi Hərəkat Partiyası (MHP) 2019-cu ilin noyabrında keçiriləcək prezident seçkilərində Türkiyənin hazırkı prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə,bunu bu gün MHP sədri Dövlət Baxçalı bəyan edib.

D.Baxçalı deyib ki, MHP-nin prezidentliyə namizədi yoxdur, partiya sədri kimi də prezidentliyə namizəd olmayacaq: “MHP prezident seçkilərində Yenikapı ruhu ilə hərəkət edərək, Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək qərarı alacaq”.

D.Baxçalı 2019-cu ilin noyabrında prezident seçkiləri ilə eyni vaxtda keçiriləcək parlament seçkilərinə isə MHP-nin ittifaq formalaşarsa, ittifaq, bu mümkün olmadıqda isə müstəqil şəkildə qatılacağını bildirib.

Gununsesi.info