“Microsoft” şirkəti öz brauzerlərində 19 boşluğu aradan qaldırıb

  • By admin
  • 14 Dekabr 2017 17:04

“Microsoft” şirkəti ümumilikdə 34 boşluğu aradan qaldıran təhlükəsizlik yeniləməsi çıxarıb.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, bir çox hallarda problemlər brauzer mühərrikləri ilə bağlıdır və hakerlər boşluğa malik qurğularda məsafədən istənilən kodu yerinə yetirə bilərlər. Onlar hücumun uğurla nəticələnməsi üçün qurbanı zərərverici reklam elanları yayan xüsusi yaradılmış veb-sayta və ya resursa cəlb etməlidirlər.

Aradan qaldırılmış boşluqların siyahısı, həmçinin “Office”, “Exchange”də problemlər, “SharePoint”də imtiyazların yüksəlməsi və “Excel”də kodun məsafədən yerinə yetirilməsi kimi boşluqları özünə daxil edir.

“Microsoft” nümayəndələrinin sözlərinə görə, cari ayda aradan qaldırılmış boşluqlardan heç biri hakerlər tərəfindən tətbiq edilməyib.

Gununsesi.info