Mikayıl Cabbarov: “Ölkədə kölgə iqtisadiyyatı…”

  • By admin
  • 23 Dekabr 2020 12:32

“Qeyri-neft sektoru üzrə daxilolmalarının artmasının səbəblərindən biri də qeyri-neft sektorunda çalışan işçilərin əməkhaqqının da vergi sisteminə daxil olmasıdır”.

Gununsesi.org-un məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu da ölkədə kölgə iqtisadiyyatının həcminin azalmasına səbəb olub: “2020-ci ildə ilin əvvəlindən qeyri-neft sektoru, özəl sektorda yeni müqavilə ilə işəgötürmələrin sayı 84 mindən çoxdur”.

Gununsesi.org