
Cəlilabad rayonunda sərnişin mikroavtobusu yanıb.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.
Mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində yanğın baş verib.
Mikroavtobusun içərisində olan 8 sərnişin yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin orta ağır olduğu deyilir.
Fakt araşdırılır.
Gununsesi.info












