Mikroavtobusla yük maşını toqquşdu - 8 ÖLÜ, 2 YARALI (FOTO)

  • Müəllif: admin
  • 30 Yanvar 2018 10:42

Türkiyədə mikroavtobusla yük maşınının toqquşması nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yanvarın 30-da Van əyalətinin Gülpınar rayonu ərazisində, Van-Başkale avtomobil yolunun 70-ci km-də baş verib.

Hadisə yerinə çoxlu sayda təcili yardım avtomobilləri və xilasedicilər cəlb olunub.

Qəzanın səbəbi araşdırılır.

Gununsesi.info