“Milan” İbrahimoviçin komandaya qayıtdığını bildirib

  • By admin
  • 27 Dekabr 2019 22:43

İsveç hücumçusu Zlatan İbrahimoviç İtaliyanın “Milan” klubuna qayıdıb.

Gununsesi.org xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Milan”ın “Twitter”dəki rəsmi səhifəsində 38 yaşlı isveçlinin qayıdışını elan edən çarx yerləşdirilib.

“Agence France-Presse”nin məlumatına görə, İbrahimoviç klubla yarım illik müqavilə imzalayıb.

 

Gununsesi.org