Millət vəkili: “Satınalmalar üzrə Dövlət Agentliyi qanunvericiliyə zidd fəaliyyət göstərir” - İTTİHAM

  • By admin
  • 01 İyun 2016 15:29

Zahid Oruj

Zahid Oruc parlamentdəki ittihamlarını davam etdirdi.

 

“Dövlətsatınalamar Agentliyi qanunvericiliyə zidd fəaliyyət göstərir.  Məgər bu agentlik məxfi qurumdur ki, internet səhifəsi yenilənməsin?!”

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, 2015-ci il beynəlxalq və regional miqyasda yaşanan iqtisadi proseslər fonunda Azərbaycanda mənfi sosial-iqtisadi tendensiyaların durdurulmasıı özü yaxşı hadisədir və hər kəs də bunu qeyd edir. “Birinci növbədə gözlənilirdi ki, Azərbaycan yaranmış vəziyyətə öz valyuta ehtiyatlarını tamamilə tükədəcək. Gələcək dövr üçün nəzərdə tutulan bu vəsaitlər yaranacaq problemlərin həllinə yönələcək. Ancaq şükürlər olsun ki, belə bir vəziyyət yaşanmadı. Düzdür, Mərkəzi Bank ilk aylarda müəyyən çətin sınaqlar qarşısnda qalsa da, sonrakı dövrdə prosesləri stabilləşdirməyə nail oldu.

Deputat əlavə edir ki, müxtəlif dövlət qrumları, Agentliklər, Səhmdar Cəmiyyətlər aidiyyatıı nazirliklərə və digər qrumlara transformasiya edəcək.

“Bu gün iqtisadiyyatın sabitləşmə tədbirləri yalnız qənaət rejimi və neft amilindən iqtisadiyyatın digər lokomotivlərini üzə çıxarılması ilə baş verməyəcək. Burada ən önəmli məsələ ölkə başçısının dediyi kimi struktur islahatların sürətləndirmək, institutsional tədbirləri dərinləşdirməkdir. Və bu yöndə açığı desək, son aylarda mühüm tədbirlər görülməkdədir. Artıq bir çox qurumlarda islahatlar həyata keçirilib və 2016-cı ildə bu yöndə islahatların davam edəcəyinin şahidi olacağıq” ,  – deyə millət vəkili vurğulayıb. Oruc bildirdi ki, bu gün əsas diqqəti uzun illər boyu dövlət üçün ağır yükə çevrilmiş bir çox qurumların problemlərinin çözülməsinə yönəltdi.”Bu gün dövlət üçün ağır yükə çevrilən qrumlardan biri “Azərenerji” ASC-dir. Hazrda bu qurum ölkədə elektrik enerjisinin topdan satışını həyata keçirsə də, infrastrukturunun böyük bir qismi hələ də, SSRİ dövründən qalmadır. Digər amil isə ondan ibarətdir ki, artıq bu təşkilat aşağı səviyyəli elektrik enerjisi sferasında infrastrukturların formalaşdırlması prosesindən uzaqdır. Büdcə öhdəliklərini də yerinə yetirə bilməməsi digər çətinliklər də yardır. O zaman bu təşkilatın özəlləşdirilməsinə ciddi ehtiyac yaranır”, – o, vurğulayıb.

Millət vəkili bu məsələ ilə bağlı onu da əlavə etdi ki, “Azərenrji”nin özəllşdirilməsi özü də müəyyən çətinliklər ortaya çxaracaq: “Çünki heç bir xarici şirkət bu qədər ağır yük altında olan və idarəçiliyi o qədər də effektli olmayan bi strukturun özəlləşməsində iştirak etmək istəməyəcək. Ona görə də bu sahədə sağlamlaşma tədbirləri qaçılmazdır. O baxımdan da bir milyard manata yaxıın dövlətə borcu olan bir təşkilatın problemlərinin həll edilməsi istiqamətində ciddi tədbirlər görülməlidir”.

Deputat bildirir ki, “Azəranerji” ilə yanaşı “Azəriqaz”ASC-də də islahatlar aparılıb özəlləşmə prosesi həyata keçrilməlidir. “Baxmayaraq ki, “Azəriqaz” “Azərienerji”-dən effektli işləyib. Məndə olan məlumata görə hökumət elektrik enerjisi və qaz təchizatıı sistemində ciddi islahatlar həyata keçirilməsini planlaşdırır. Bildiyim qədər, bu prosesə beynəlxalq səviyyəli şirkətlər cəlb olunub”, – deyə o qeyd edib. Onun fikrincə, bu sahələrdə islahatların həyata keçrilməsi zamanı “Barmek” və “Bayva”nın acı təcrübəsindən nəticə çıxararaq daha sağlam investisiya şirkətlərini prosesə cəlb etmək olar. Bu da rəqabətə qabliyyəti artırar: “Necə ki, mobil-rabitə sistemində islahatlar həyata keçirilib. Təcrübəni bu sahələrə də şamil etmək olar. Bununla da prosesdə iştirak edən şirkətlər arasında rəqabət yaratmaq olar”. Parlamentdə komitə sədri Ziyad Səmədzadənin sayğaclaşma prosesinin dövlətə aid olmaması ilə bağlı səsləndiridiyi fikirə də aydınlq gətirən Zahid Oruc deyib ki, doğrudan da sayğac quraşdırmaq dövlətin işi deyil: “Ancaq sayğaclaşmayadək müəyən işləri həll etməklə, dövlət bu yükləri öz üzərindən atmalıdır.”

Zahid Oruc  onu da açıqlayıb ki, islahatların aparılması təkcə özəlləşmə ilə bitməməli, bir sıra digər qurumların daha effektli idarəetmə fromasına keçirilməsi ilə davam etdirlməlidir: “Məsələn, bunlardan birinin adını Milli Məclisin mayın 31-də keçrilən iclasında səsləndirdim. Satınalmalar üzrə Dövlət Agentliyi. Açığı demək lazımdr ki, bu Agentlik heç bir tender keçirmədən yüz milyonlarla həcmdə ölçülən dövlət vəsaitini müxtəlif istiqamətlərə işlədir. Halbuki, qanunvericiliyə uyğun olaraq bu proseslər tender yolu ilə həyata keçirilməlidir ki, şəffaflıq təmin olunsun. Amma adı çəkilən idarə qanunvericiliyə zidd fəaliyyət göstərir. Siz diqqət edin, yüz milyonlarla maliyyə əməliyyatı həyata keçriən bir qurumun internet saytı sonuncu dəfə nə zaman yenilənib? Axı, Dövlətsatınalamalar Agentliyi məxfi orqan deyil ki? Onların işi açıq dövriiyyədə olan malları alıb ölkəyə gətirməkdir. Amma bu qurumun yerini bilən yoxdur. Odur, nəticə olaraq demək istəyirəm və buna da ümidvaram ki, müəyyən sahə nazirliklər arasında belə effektsiz fəaliyyət göstərən qurumların birləşməsi prosesi davam edəcək. Artıq bu istiqamətdə də işlər gedir. Bununla da neft bumunun sönməsi fonunda optimal hökumətin yaradılmasında dövlətin payı olan Agentliklərin, Səhmdar Cəmiyyətlərin və şirkətlərin özəllşədirilməsi, bu sferada rəqabət mühitinin təmin olunmasına gətirib çıxarar və biz bunun astanasındayıq”. “Azərsu” ASC-nin özəlləşməsinə gəldikdə isə millət vəkili bildirdi ki, bu bir az spesfik sahə olduğundan, məsələ daha diqqətlə öyrənilməlidir. “Hesab edirəm ki, hökumət bu sahələrdə mühüm addmlar atmaqla dövlət müəyən büdcə ayırmalarından azad olunacaq. Qənaət olunan büdcə xərcləri isə vətəndaşların sosial-iqtisadi ehtiyaclarının həllinə yönələcək”, millət vəkili vurğulayb.

Mürtəza Bünyadlı

Gununsesi.info