Millət vəkili seçicilərlə görüşüb - FOTOLAR

  • By admin
  • 30 Noyabr 2016 15:14

secici3

Millət vəkili Qənirə Paşayeva Tovuzda kəndlərdə sakinlərlə görüşüb, onların qayğı və problemlərini dinləyib.

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili Qənirə Paşayeva sakinlərin problemlərinin həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Sakinlərin etdikləri müraciətlər arasında ən çox övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub.

Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub.

Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb.

Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlər, həllini tapan çoxlu sayda problemlər barədə də məlumat verərək, ölkəmizin gələcəkdə daha da inkişaf edəcəyini, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib. Millət vəkili kəndlərdə bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.

secici2 secici1 secici

Gülnaz Qənbərli

Gununsesi.info