Millət vəkili: “Türkiyə ordusu ötən əsrin 90-cı illərindəki kimi seyirçi qalmayacaq”

  • By admin
  • 21 İyul 2016 08:32

sahib aliyev 061014

“Rusiyanın yüksək rütbəli hərbiçiləri Ermənistanla birgə qoşun birləşməsi yaratmaq yönündə son addımların atılması üçün orada olarkən Prezident İlham Əliyev “Qızıl Şərq” hərbi şəhərciyindəki bir sıra tikililərin və Zeynalabdin Taığyev qəsəbəsindəki hərbi terminallardan birinin Türkiyə Ordusunun istifadəsinə verilməsi haqda sərəncam imzaladı. Bunun nə demək olduğu yəqin ki, aydındır”.

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, atılan addımlardan  belə anlaşılır ki, bununla Parisdə aparılamsı planlaşdırılan Dağlıq Qarabağ danışıqları öncəsi haylar və havadarlarının diqqətlərinə Azərbaycanın hansı yolla olursa-olsun öz torpaqlarını geri almağa  qalxacağı bir daha çatdırılır. “Və o da çatdırılır ki, kimsə haylara hərbi dəstək vermək istəsə, onda Türkiyə ordusu ötən əsrin 90-cı illərindəki kimi seyirçi qalmayacaq!”-deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info