Millət vəkilləri Gömrük Komitəsinin ləğvini gözləyir- BU BAŞ VERƏCƏKSƏ...

  • Müəllif: admin
  • 26 Fevral 2018 14:48

Artıq bir neçə ildir ki, ölkədə idarəetməni effektivliyini  təmin etmək məqsədi ilə struktur islahatlarına start verilib və proses davam etməkdədir. Bu islahatlar çərçivəsində bir sıra dövlət qurumları ləğv edilərək bazasında yeni qrumlar yaradılıb və ya başqa birinə birləşdirilib. Bu prosesin davam edəcəyi barədə də dövlət başçısı tərəfindən  anonslar verilib.

Xatırladaq ki, Gununsesi.info hökumətdəki mənbələrə istinadən Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyi ilə bağlı xəbər yayıb.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən deputat Aydın Hüseynov bildirib ki,  son illərdə ölkə başçısı idarəetmənin effektivliyini və çevikliyini   təmin etmək məqsədi ilə geniş  struktur islahatlarına başlayıb və bu proses uğurla davam etməkdədir: “2016-2017-ci illər də keçirilən struktur islahatları nəticəsində bir sıra yeni dövlət qurumları yaradılıb. Artıq yeni yaranan qurumlar idarəetmədə öz effektini verdiyindən bu proses davam edəcək.  Dövlət başçısı İlham  Əliyev də istər hökumətin ötən ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin ilcasında, istərsə də YAP-ın 6-cı qrultayında  çıxışında  struktur islahatları ilə bağlı hədəf və perspektivlərini açıqlayıb”.

A.Hüseynov bildirib ki, bundan sonra da bu istiqamətdə islahatlar davam edəcək: “Bu struktur islahatlarının davam etməsi eyni zamanda dövrün tələbinə və çağrışlarına uyğundur. Çünki,  həyata keçirilən bu islahaltlar nəticəsində qeyri-neft sektorunun inkişafı sahəsində böyük işlər görülülb. O baxımdan sizin dediyiniz sahədə də islahatların davam edəcəyi gözlənilir və məsələ öz həllini tapacaq”.

 “Hər hansı dövlət qurumun bilrəşməsi nəticəsində sahibkar və ya vətəndaş yenə də incdiləcəksə…”

Millət vəkili Fazil Mustafa  Gununsesi.info-ya açıqlamasında isə deyib ki,  struktur islahatının həyata keçirilməsi zamanı  idarəetmənin prinsiplərinin dəyişdirilməsinə ciddi ehtiyac var: “Hər hansı dövlət qurumun bilrəşməsi nəticəsində sahibkar və ya vətəndaş yenə də incdiləcəksə, bu birləşdi və yaxud da ayrı  fəaliyət göstərdi, heç bir xeyri yoxdu. Vergilər  Naziriliyi və Gömrük Komitəsində bir neçə ildir “vahid pəncərə”sistemi fəaiyyət göstərir. Məgər bu “vahid pəncərə” sistemi effekt verdimi, rüşvət aradan qalxdımı?! Yox. Əgər iş adamı, vətəndaş 5-7 pəncərədən rüşvət verirdisə, “vahid pəncərə” sistemindən sonra bir pəncərədən rüşvət verməli oldu. Odur ki, islahat zamanı prinsiplər dəyişməlidir. Prinsiplər dəyişərsə və bunun Azərbaycan insanının xeyrinə olarsa,təbii ki, bu alqışlannadır”.

Deputat əlavə edib ki, yeni vergilər naziri Mikayıl Cabbarov  mütərəqqi islahatlar həyata keçrimək istəyir və bu istiqamətdə  fəaliyyət göstərir: “Bəlkə bu islahatlar nəticəsində prinsiplər dəyişdi. Nəticədə sahibkar normal fəaliyyət göstərə bildi. Çünki, yeni nazir özü də etiraf edib ki, vətəndaş və sahibkarlar incidilib. Onlardan qanundankənar  artıq vəsaitlər tələb olunub. Yeni nazir belə etiraflar edib bə bu çox müsbət  hadisədir. Hiss olunur ki, yeni nazir bu istiqamətdə yeni struktur  dəyişikliyinə getməkdə maraqlıdır.  Əgər  idarəetmə prinsipi dəyişərsə, təbii ki, struktur islahatları müsbət nəticə verər”.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov Gununsesi.info- ya açıqlamsında  deyib ki,struktur islahatlarını aparmaqda məqsəd xərclərə qənaət etmək deyil, idarəçiliyin maksimum sadələşdirilməsi yolu ilə onun effektivliyini təmin etməkdən və təkmil idarəçilik vasitəsilə iqtisadiyyatda daha ciddi uğurlar qazanmaqdan ibarətdir.

“Dövlət idarəetmə aparatının işi elə təşkil olunmalıdır ki, o, özünə aid məsələləri az vaxt ərzində yüksək səviyyədə həll edə bilsin. Bu mərhələdə söhbət artıq böyük nazirlik və dövlət komitələrinin hər hansı bir formada birləşdirilməsindən və ya onların tərkibindən hansısa strukturların çıxarılaraq müstəqil bir qurum kimi təsbit edilməsindən gedir. Məsələn, təkliflər səslənir ki, Maliyyə, Vergilər nazirlikləri və  Gömrük komitəsi bir qurum kimi birləşdirilsin”– deyə, sabiq nazir vurğulayıb.

O, əlavə edib ki, vergilərin yığılmasına məsul olan qurumlar arasında struktur islahatları çərçivəsində baş verməsi gözlənilən belə birləşmələr, vergilərin yığılması sahəsində işlərin daha da təkmilləşdirilməsini və vergidən yayınma hallarının minimuma endirilməsini hədəfləməlidir: “ Bu konteksdə Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi normal bir haldır”. 

Mürtəza

Gununsesi.info