Milli Məclis Oqtay Əsədovun səhhəti ilə bağlı açıqlama verdi

  • By admin
  • 09 Fevral 2020 19:43

Fevralın 9-da informasiya agentliklərindən biri xəbər verib ki, Milli Məclisin (MM) Sədri Oqtay Əsədov günün ikinci yarısında infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Gununsesi.org xəbər verir ki, MM-in Mətbuat xidmətindən “Report”a bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil:

“Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur”.

 

 

Gununsesi.org