
Milli Məclisin bu gün keçirilən sessiyasında Xocalı soyqırımı ilə bağlı qərar qəbul ediləcək.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçiriləcək sessiya iclasında Xocalı soyqrımının 25 illiyinə həsr olunmuş müzakirələr keçiriləcək.
Müzakirələr zamanı parlamentarilər Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar layihəsini müzakirə edərək, qəbul edəcəklər.
Qərar layihəsində bir daha ermənilərin dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olanmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanan Xocalı faciəsinin 25 il keçməsinə baxmayaraq beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin hələ də bu soyqırım hadisəsinə hüquqi qiymət verərək, cinayətkarların cəzalandırılması istiqamətində beynəlxalq aləmin laqeyd münasibəti qınanılır.
Sənəddə Xocalı faciəsi kimi real soyqırımı aktına göz yuman ayrı-ayrı dövlətlərin parlamentlərinin təsir altına düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirməsi, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul etməsi yalnız təəssüf hissi doğurduğu da qeyd olunub.
Milli Məclisi hesab edir ki, Xocalı soyqırımı unudulmamalı, dünya birliyi tərəfindən beynəlxalq hüquqi qiymətini almalıdır. Faciənin ideoloqları, təşkilatçıları və icraçıları yaxalanaraq layiq olduqları cəzalara çatdırılmalıdırlar.
Milli Məclis Azərbaycan xalqının suveren iradəsini ifadə edərək bir daha bildirir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olacaq.
Mürtəza
Gununsesi.info











