Milli Məclisin 2 əməkdaşında koronavirus aşkarlandı

  • By admin
  • 16 İyun 2020 12:54

Milli Məclisdə “COVİD 19” koronavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

Gununsesi.org xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Qeyd olunub ki, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD-19 testinin nəticəsi müsbət çıxıb.

Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar.

Milli Məclisin COVİD-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.

Gununsesi.org