Milli Məclisin ilk plenar iclası öz işinə başlayır

  • By admin
  • 08 İyun 2016 17:30

Milli Majlis

 

Milli Məclisin (MM) növbədənkənar sessiyasının ilk plenar iclasının gündəliyi bəlli olub. Bu barədə Gununsesi.info-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. İyunun 14-də keçiriləcək növbədənkənar sessiyasının ilk plenar iclasında parlamentarilər 28 məsələni müzakirə edəcəklər. İlk növbədənkənar sessiyada “Elm haqqında” və “Kənd təsərrüfatı “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihələri 3-cü oxunuşda müzakirə olunacaq. Bundan əlavə, parlamentarilər Azərbaycanla İran arasında imzalanmış bir sıra sazişlər və sənədlərin ratifikasiyası, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər müzakieə olunacaq. Hansı ki, bu qanun cəmiyyət tərəfindən səbrsizliklə gözlənilir. Belə ki, qanunda nəzərtdə tutulan dəyişikliyə əsasən magist və doktorantlara həqiqi hərbi xidmət zamanı möhlət hüququ verilir. Parlamentarilər eyni zamanda İnzibati Xətalar Məcəlləsinə,“Dərman vasitələri haqqında”, “Notariat haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və digər məslələr müzakirə olunacaq. Qeyd edək ki, Milli Məclisin yaz sessiyasından sonra növbədənkənar xüsusi sessiyası çağırılıb. Belə ki, 76 nəfər deputatın müraciəti ilə növbədənkənar sessiya çağırılıb. Növbədənkənar sessiya çərçivəsində komitə iclasları və iki plenar iclas keçirilməsi nəzərdə tutulub. Parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Gununsesi.info