Milli Məclisin növbədənkənar iclası başlayıb - GÜNDƏLİKDƏN BİR MƏSƏLƏ ÇIXARILDI

  • By admin
  • 12 İyun 2018 12:16

Milli Məclisin növbədənkənar sesisyası öz işinə başlayıb.

Gununsesi.info xəbər verir ki, növbdənkəanr sessiyanın gündəliyinə 22 məsələ daxil edilib.

Deputatlar “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsini, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna.. “Dövlət sirri haqqında” ,”Sərhəd qoşunları haqqında” , “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” , “Siyasi partiyalar haqqında” , “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara dəyişikliklər, Vergi Məcəlləsinə dəyişiklik və digər məsələlər gündəliyə salınıb.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, gündəliyə 23 məsələ salınsa da 13-cü “Dövlət rüsumu haqqınd” qanuna dəyişiklik məsələsi gündəlikdən çıxarılıb.