Milli Məclisin növbədənkənar iclasının gündəliyi məlum oldu

  • By admin
  • 02 İyun 2020 19:20

Milli Məclisin iyunun 5-də keçiriləcək növbədənkənar iclasının gündəliyi məlum olub.

Gununsesi.org-un məlumatına görə, iclasına gündəliyinə 4 məsələ daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

– “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin ediliməsi haqqında”;

 –  “Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə” qanun layihəsi (birinci oxunuş);

 – “Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikası qanununda dəyişiklik ediləməsi barədə” qanun layihəsi (birinci oxunuş);

 – “Azərbaycan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş).

Gununsesi.org