
“Milli Məclis qanunları müzakirə edir, qəbul edir. Lakin qanunlar icra olunmursa, onun heç bir faydası yoxdur”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Fəzail İbrahimli deyib.
Millət vəkili qanunların icrasının vacibliyini vurğulayıb. “Azərbaycan müstəqil dövlətdir, hər kəs bu müstəqilliyi qorumalıdır. Sağdan, soldan, Qərbdən, Şərqdən təhdidlər ola bilər. Biz bütün bunlara görə birlikdə olmalıyıq”.
Mürtəza
Gununsesi.info










