Milli Qəhrəman Şirin Mirzəyevin anım günüdür  - FOTOLAR

  • By admin
  • 06 Yanvar 2017 12:21

 

sirin

Bu gün Milli Qəhrəman Şirin Mirzəyevin  yubileydir. 

Gununsesi.info-nun xəbərinə görə, əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci ildə  Xankəndində dünyaya gəlib.  Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olunub.  1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıdıb.

1988-ci ildə Hərbi Siyasi Akademiyada təhsil alaraq, Daxili Qoşunlar Alayında 15 illik xidmət yolu keçib. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib aparıb. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi.

1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaradıb. Bu, o dövr üçün çox zəruri bir addım idi.

Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi.

1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. O 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub.

Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib. Və 1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru ləğv edilib. Ş.Mirzəyevin döyüş yolu respublikada örnək ola biləcək bir yoldur. Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edilib.

Azərbaycanın Milli Qəhrəmanıdır. Adına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində abidəsi qoyululub.

Şirin Mirzəyevin həyatından bəhs edən “Sərkərdə” kitabı yazılıb.

Xatırladaq ki, millət vəkili Flora Qasımova Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşıdır.

sirin2 sirin1

Gülnaz Qənbərli

Gununsesi.info