Milli Qəhrəman “Fred Asif”in doğum günüdür

  • By admin
  • 26 İyul 2022 09:24

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür.

Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb.

1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında öz batalyonu ilə iştirak edib.

1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub.

Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib.

Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib.

Gununsesi.info