
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün Avstriya komandası ilə qarşılaşacaq.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, Rumıniyanın Buftya şəhərindəki FRF Futbol Mərkəzinin stadionunda keçiriləcək.
Matçın baş hakimi Petur Raynertdir. Ona Endryu Kristiansen və Daniel Mitruti kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Ketelin Qaman yerinə yetirəcək.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Anar
Gununsesi.info











