Gununsesi.info-nun məlumatına görə, Azərbaycan millisi bu dəfə meydan sahibləri ilə qarşılaşıb.

İlk oyunda Bosniya və Herseqovinadan 3 cavabsız qol buraxan yığmamız yenə meydanı başıaşağı tərk edib. Belə ki, Mirbağır İsayevin yetirmələri yenə eyni hesablı məğlubiyyətə üzülüb – 0:3.

Qeyd edək ki, turun digər oyununda Qazaxıstanla Bosniya və Herseqovinanı məğlub edib – 2:1.

Gununsesi.info