Millimiz Sloveniyaya məğlub oldu

  • By admin
  • 24 Mart 2022 19:12

Sloveniyada təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, sloveniyalı yaşıdları ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub.

Millimizin heyətində Nəriman Axundzadə fərqlənib.

Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnmişdi.

Gununsesi.info